İqtisadi Şuranın iclası keçirilib.Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Gündəlikdə olan məsələlər üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib.
İclasda iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov da Naxçıvan Muxtar Respublikasında AİZ yaradılması ilə bağlı çıxışlar edib.
Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !