Bakıda bağlanması qərarı verilən Rus Evi barədə ən yüksək səviyyədə Vladimir Putin və İlham Əliyev arasında müzakirələr aparıla bilər. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz buna təəssüflənirik. Bu məsələnin həllinə ikitərəfli təmaslarla nail olmaq olar. Əlbəttə, biz bu məsələni həmkarlarımızla müxtəlif səviyyələrdə qaldıracağıq. Əgər ən yüksək səviyyədə təmaslar olarsa, o zaman iki dövlət başçısının dialoqunda bu məsələnin gündəmə gətiriləcəyini yəqin ki, istisna etmirik", - Kreml vurğulayıb.
Fevralın 3-də Azərbaycan Rusiya tərəfinə Rusiya Evinin hüquqi şəxs kimi qeydiyyata alınmaması səbəbindən fəaliyyətini dayandırması barədə nota göndərib.
"Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Bakıdan notanın alındığını təsdiqləyib. O, bildirib ki, "Rus Evi” kirayə götürdüyü binanı yaxın vaxtlarda satmaq planlarını ev sahibinin elan etməsi ilə əlaqədar ay yarım ərzində boşaltmalıdır. Hələlik mərkəz fəaliyyətini davam etdirir.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !