Fevralın 7-si saat 19:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edir.
Belə ki, Neftçala, Biləsuvar, Lənkəran, Astarada arabir yağış, Qəbələ, Quba, Şahdağ, Yardımlı, Lerikdə isə qar yağır.
Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında arabir 26 m/s-yə çatıb.
Daşkəsən, Göygöl, Qax, Şəki, Qəbələ, Quba, Qusar, Qrızda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 11, Naxçıvan MR-da 9 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !