2026-2032-ci illərdə Olimpiya Oyunları Rusiya ilə Belarusda yayımlanmayacaq

10:11 | 17.01.2023
2026-2032-ci illərdə Olimpiya Oyunları Rusiya ilə Belarusda yayımlanmayacaq

2026-2032-ci illərdə Olimpiya Oyunları Rusiya ilə Belarusda yayımlanmayacaq

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarusu 2026-2032-ci illər arasında Olimpiya Oyunlarının Avropa yayımçıları sırasına daxil etməyib. Bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.
 
İki ölkənin sözügedən nüfuzlu yarışların nümayişi üçün teleyayım hüquqlarının alınması üzrə tenderdə iştirakına icazə verilməyib.
 
Yayımçılar Milan və Kortinada 2026- cı il, Qış Olimpiya Oyunlarını 2030- cu il , Qış oyunlarını, 2028- ci il Los Anceles,  2032- ci il Brisben olimpiya oyunları bura daxil edilib.
 
Son vaxtlar "Telesport" Rusiyada oyunların yayım hüququna sahib olan oyundur və 2024-cü ildə Parisdə ikinci sıra olimpiyada hüquqlarına sahib olub.
 
2026-2032-ci illərdə keciriləcək oyunlar 49 Avropa ölkəsinin çərçivəsində həyata keçiriləcək.
 
Daha əvvəl BOK Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı federasiyalara çağırış edib.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb