Bu, vaxtından 2 il əvvəl baş verəcək.
Futbol üzrə 2026-cı il dünya çempionatına təşkilatçılıq edəcək ölkənin adı 2018-ci ilin iyununda açıqlanacaq. "Report"un məlumatına görə, bu barədə Bəhreynin paytaxtı Manamada keçirilən FİFA Konqresində qərar qəbul olunub.
ABŞ, Kanada və Meksika futbol federasiyaları mundial təşkilatçısının seçimi prosesini sürətləndirmək üçün ali quruma müraciət ediblər. FİFA isə qalibin adını nəzərdə tutulduğundan iki il tez açıqlamağı qərara alıb. Bu isə gələn il Rusiyanın paytaxtı Moskvada keçiriləcək FİFA Konqresində baş verəcək.
Qeyd edək ki, hələlik DÇ-2026-ya ABŞ, Kanada və Meksika birgə namizədliklərini irəli sürüb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !