2026-ci ilə qədər Azərbaycanda 16 peşə məktəbi tikiləcək

13:27 | 28.11.2023
2026-ci ilə qədər Azərbaycanda 16 peşə məktəbi tikiləcək

2026-ci ilə qədər Azərbaycanda 16 peşə məktəbi tikiləcək

2026-ci ilə qədər Azərbaycanda 16 peşə məktəbi tikiləcək. Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O bildirib ki, son 4 ildə peşə təhsilinə maraq artıb.
 
Onun sözlərinə görə, 16 peşə məktəbinin 8-i Qarabağda tikiləcək.

Dövlət Məşğulluq Agentliyinin Maliyyə Departamentinin rəhbəri  Yulya Pasternak noyabrın 17-də Milli Məclisdə çıxışında deyib ki, 2024-cü il Azərbaycanda üç peşə məktəbi tikiləcək ki, bunun üçün də 9 milyon vəsait xərclənəcək. 

Bundan əvvəl bir necə deputat ölkədə peşə təhsilinin çox zəif inkişaf etməsi ilə bağlı fikirlər səsləndirib.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM