Publika.az xəbər verir ki,"Rossiya 1” telekanalının "Vladimir Solovyovla axşam” proqramının qonağı olan siyasətçi dünyanın müharibələrə doğru getdiyini bildirib.
Jirinovski daha sonra potensial qaynar nöqtələri sadalamağa başlayıb.
"Avropada iki cəbhə var: Balkanlar və Ukrayna. Nə üçün Ukrayna? Müharibəni təhrik etmək üçün o bizim sərhədlərimizə daha yaxındır”, - Jirinovski qeyd edib.
Partiya sədri həmçinin vurğulayıb ki, Polşa ərazisində partizanların rusları sıxışdırması nəticəsində müharibə başlayacaq.
Jirinovskinin proqnozuna görə, belə müharibələr 2020-2025-ci illərdə baş verəcək.
"2050-ci ilə qədər bu cəbhələr tam işləyəcək. Yüz milyonlarla insan həlak olacaq”, - Jirinovski yekunlaşdırıb.
Xatırladaq ki, siyasətçi daha əvvəllər Avropa İttifaqını təhdid edərək avropalıları nüvə zərbələri ilə məhv etməyə söz verib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !