21 əsrdə vətəndaşlar yağışda qaloşla gəzməyə məcburdur - Deputat

12:23 | 28.02.2024
21 əsrdə vətəndaşlar yağışda qaloşla gəzməyə məcburdur - Deputat

21 əsrdə vətəndaşlar yağışda qaloşla gəzməyə məcburdur - Deputat

XXI əsrdə Bakının Xəzər rayonunda yağış yağan kimi vətəndaşlar qaloşla gəzməyə məcbur olur. Bunu deputat Rauf Əliyev deyib. 

"Xəzər rayonunda bu ciddi problem olaraq qalır. Payız, qış ayları olan kimi vətəndaşlar evindən çıxa bilmir. XXI əsrdə insanlar qaloş geyinir. Bu məsələni daha əvvəl qaldırmışıq. Layihə də hazır idi. Bakı qəsəbələrində kanalizasiya yoxdur. Elə olur ki, evin içində bu otaqdan digər otağa körpü yaradılır. Bu layihə həll olunsa problem həllini tapar”, - deputat fevralın 28-də Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar mövzusunda” dinləmədə çıxışında bildirib. 

Deputat bildirib ki, vətəndaşlar ərazilərində quruyan ağacları kəsə bilmir.
 
Vətəndaşlar bunun dövlətə pul ödənildikdən sonra mümkün olduğunu deyib. 
 
Gülnar Nazimqızı 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM