21 yaşlı sevgilisini otelə gətirdi və... — SƏS-KÜYLÜ CİNAYƏTİN TƏFƏRRÜATI

14:35 | 19.07.2019
21 yaşlı sevgilisini otelə gətirdi və... — SƏS-KÜYLÜ CİNAYƏTİN TƏFƏRRÜATI

21 yaşlı sevgilisini otelə gətirdi və... — SƏS-KÜYLÜ CİNAYƏTİN TƏFƏRRÜATI

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda oteldə qətl törətməkdə təqsirləndirilən Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"ölkə.az"a xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cəzasının 4 ilini qapalı həbsxanasında keçirmək şərti ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin sentyabr ayında Abşeron rayonu ərazisində yerləşən Oskar" otelində baş verib.

Bildirilir ki, əvvəllər məhkum olunan N.Əliyevlə Aysel bir müddət əvvəl tanış olub və onların arasında sevgi münasibəti yaranıb.


Bu müddətdə cütlük bir neçə dəfə görüşərək cinsi əlaqədə olub. Son olaraq onlar hadisə baş verən günü Fatmayıdakı yerdə görüşüblər.

Belə ki, Nəriman qeyri-rəsmi münasibətdə olduğu gənc qızı növbəti dəfə otelə gətirib və otaqda olarkən Nərimanla Aysel arasında mübahisə baş verib. N.Əliyev Ayselin başqa şəxslərlə görüşdüyünü öyrəndiyini deyib.

Daha sonra mübahisə münaqişəyə çevrilib və Nəriman özü ilə gətirdiyi bıçaqla sevgilisinə çoxsaylı zərbələr endirərək onu öldürüb.

Hadisədən sonra sakitcə oteli tərk edən N.Əliyev daha sonra Xırdalanda polislər tərəfindən saxlanılıb. 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb