Bu mənbələrdən biri də, indiyədək diqqətdən kənarda qalan və xeyli vəsaitlərin büdcə üçün itirildiyi avtomobillərin qeydiyyat nişanlarının satışıdır. Təqribi hesablamalara görə, qeydiyyat nişanlarının satışının düzgün və şəffaf təşkil edilməsi büdcəyə ildə 50-100 milyon manat arasında vəsait gətirə bilər. Hələliksə, bu sahədəki qeyri-şəffaflıq və vahid qaydaların olmaması səbəbindən dövlət büdcəsi hər il bu qədər məbləği itirməkdədir, baxmayaraq ki, «hörmətli» qeydiyyat nişanlarının alınması üçün avtomobil sahibləri kifayət qədər vəsait ödəməyə hazırdırlar və ödəyirlər. Beləliklə….
Azərbaycanda avtomobillərin qeydiyyat nişanlarının (sadə desək nömrələrin) verilməsi üçün rüsumlar «Dövlət rüsumu haqqında» qanunda göstərilib. Bu qanuna görə, adi nömrələr, yəni seriyası və rəqəmləri fərqli olanların qiyməti cəmi 22 manatdır. Rəqəmləri və seriyaları müəyyən kombinasiya ilə olan nömrələr isə nisbətən bahadır. Onların qiyməti 500-2500 manat arasındadır.
Qanunda indiki vəziyyət belədir:
Avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:
Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası
Dövlət rüsumunun məbləği (manatla)
seriyası müxtəlif hərflərdən ibarət olduqda
seriyası eyni hərflərdən ibarət olduqda
001, 002, 003, 004, 005, 006, 007, 008, 009
1500
2500
100, 200, 300, 400, 500, 600, 700, 800, 900
1000
1500
111, 222, 333, 444, 555, 666, 777, 888, 999
500
1000
Cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə - 22 manat.
Oxuculara daha aydın olsun deyə, bu qaydaları misallarla izah edək. Məsələn, qanuna görə, 10-GH-001 nömrəsinin qiyməti 1500 manatdır. 10-GH-100 nömrəsinin qiyməti 1000 manat, 10-GH-222 nömrəsinin qiyməti isə cəmi 500 manatdır. Burada söhbət o nömrələrdən gedir ki, seriyalarındakı hərflər (yəni «G» və«H») fərqlidir.
Amma əgər seriyadakı hərflər də eynidirsə, yəni məsələn «GG» və ya «HH»dirsə, qiymətlər bir qədər də artır. Məsələn, 10-GG-001 nömrəsi 2500 manat, 10-GG-100 nömrəsi 1500 manat, 10-GG-555 nömrəsi isə cəmi 1000 manatdır. İnandırıcı deyil, eləmi? Doğrudan da, bazardakı real qiymətləri nəzərə alanda bu rəqəmlər inandırıcı görünmür, amma hər halda qanunda belə yazılıb.
Qanundakı məqamlara yenə qayadacağıq, amma indii gələn real bazara nəzər salaq.
Bazarda real vəziyyət - 10-30 min manatlıq nömrələr
«Hörmətli» və ya «diqqəti çəkən» avtomobil nömrələrinin qiymətini bilmək üçün uzaca getmək lazım deyil. Satış saytlarındakı elanlarda bütün qiymətlər göstərilib. Bu qiymətlərə əsasən, nəinki «Dövlət rüsumu haqqında» qanunla «diqtət çəkən» sayılan, hətta bir sıra digər nömrələrin qiyməiləri də rəsmi qiymətləri 10 dəfələrlə, hətta 100 dəfə üstələyir. Bu elanlardakı qeydiyyat nömrələri və onların qiymətlərinə nəzər salaq.
Məsələn, 10-cx-100 nömrəsinin bazar qiyməti 30 min manat, 10-bx-100 nömrəsinin qiyməti isə 25 min manatdır. Halbuki, qanuna görə, belə nömrənin dövlətdən alış qiyməti cəmi 1000 manat təşkil edir (Fed.Az)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !