Əmanətlərin Sığortalanması Fondu (ADIF) 2020-ci ilin aprel-may aylarında müflis elan olunan "Atabank”, "Amrah Bank”, "AGBank” və "NBC Bank” ASC-lərin 22 034 qorunan əmanətçisinə 517 milyon 104 min 618 manat kompensasiya ödəyib.
Bu barədə Anews.az-a fondan bildiriblər.
Həmin məbləğ banklar üzrə qorunan əmanətçilərə ödəniləcək ümumi kompensasiyanın 77 faizini təşkil edir.
"Atabank” və "Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Kapital Bank” ASC-nin adlı debet kartları və "Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.
"AGBank” və "NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !