Rusiyanın "Koqalımavia” şirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsi qəzaya uğrayıb.
APA-nın "RIA Novosti”yə istinadən verdiyi məlumata görə, təyyarə bu gün səhər uçuşdan 23 dəqiqə sonra Kipr yaxınlığında radarlardan itib.
Rusiya Aviasiya Xidmətindəki mənbə bildirib ki, təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburq şəhəri istiqamətində uçuş həyata keçirmək üçün havaya qalxıb.
Göyərtəsində 217 sərnişin və 7 heyət üzvü olub. Bir qədər sonra Rusiya təyyarəsinin qalıqları Misirin Sinay yarımadasının mərkəzidə tapılıb.
"youm7.com” saytının verdiyi məlumata görə, Misir təhlükəsizlik qüvvələri hadisə yerinə baxış keçirir. Əl-Ariş şəhərindən 20 təcili yardım avtomobilləri faciə qurbanlarının evakuasiyası üçün yollanıb.
Bizi sosial şəbəkələrdə izləyin !