“24 kadr” qısametrajlı film festivalının qalibləri mükafatlandırıldı

13:26 | 25.12.2013
“24 kadr” qısametrajlı film festivalının qalibləri mükafatlandırıldı

“24 kadr” qısametrajlı film festivalının qalibləri mükafatlandırıldı

“Metropark” Ticarət və Əyləncə Mərkəzində yerləşən “Park Cinema”da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc rejissorların “24 kadr” qısametrajlı film festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, mərasimdə Gənclər Fondunun nümayəndələri, müsabiqənin münsiflər heyətinin üzvləri, festivala təqdim olunmuş filmlərin yaradıcı heyəti və gənc rejissorlar iştirak etmişlər.Mərasimdə birinci, ikinci və üçüncü yerləri tutan gənc rejissorlara diplom və pul mükafatları (müvafiq olaraq 700, 500, 300 manat) təqdim edilmişdir.“Fəridin dünyası” filminin rejissoru Leyla Qəmbərli festivalın qalibi adını qazanmışdır. “Pul” filminin rejissoru Cavid Camalov ikinci, “Əlvida, mənim dostum” filminin rejissoru Dilarə Vəliyeva isə üçüncü yerləri tutmuşlar.Bütün iştirakçılara sertifikat verilmişdir.“Ən yaxşı aktyor” nominasiyası üzrə “Pul” filminin baş rol ifaçısı Səbuhi Bayramov, “Ən yaxşı ssenarist” nominasiyası üzrə “Mən kimə lazımam” filminin ssenari müəllifi Rüstəm İbrahimli, “Ən yaxşı operator” nominasiyası üzrə “Bakıda Polşa memarlarının izləri” filminin operatoru Asif Qəhrəmanov, “Ən gənc rejissor” nominasiyası üzrə isə festivalın altı yaşlı iştirakçısı Mələk Bağıyeva xüsusi diplomlarla təltif olunmuşlar.Mükafatlandırılma mərasimində Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov çıxış edərək iştirakçıları və qalibləri təbrik etmişdir. Münsiflər heyətinin üzvləri Fehruz Şamıyev və Qurban Məsimov isə bu cür festivalların keçirilməsinin Azərbaycanda kino sənətinin inkişafına xüsusi töhfələr verdiyini bildirmiş, iştirakçı gənclərə uğurlar arzulamışlar.Ümumilikdə festivala 25 gənc rejissorun 34 bədii və sənədli filmi təqdim olunmuşdur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb