24 yaşlı anadan 24 gündür xəbər yoxdur

14:16 | 13.08.2019
Lənkəranda 24 yaşlı qadın itkin düşüb.

Oxu.Az -ın bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun Separadi kənd sakini, 1995-ci il təvəllüdlü Şəhanə Söhrab qızı Məmmədzadə yoxa çıxıb. 
Ş.Məmmədzadə iyul ayının 20-si səhər saat 10:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha evə qayıtmayıb. Şəkildəki qadını görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya 050-654-73-15 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur. 

Qeyd edək ki, Ş.Məmmədzadə ailəlidir və bir uşağı var.

www.anews.az
loading...