İngiltərə millisi 25 il sonra ilk dəfə Avropa çempionatlarının yarımfinal mərhələsinə adlayıb.
"Qafqazinfo" xəbər verir ki, yığma buna ötən gecə Avro-2020-nin 1/4 finalında Ukraynaya qalib gəlməklə (4:0) nail olub.
İngiltərə millisi sonuncu dəfə 1996-cı ildə Avropa çempionatının yarımfinalında mübarizə aparıb.
Qeyd edək ki, İngiltərə millisi yarımfinalda Danimarka ilə qarşılaşacaq. İyulun 7-də "Uembli" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !