Avstriyada 25 min internet istifadəçisi "facebook" sosial şəbəkəsini məhkəməyə verib. İstifadəçilər "facebook" rəhbərliyini profil sahiblərinə məxsus şəxsi məlumatları toplayaraq başqa tərəfə ötürməkdə ittiham edib. İstifadəçilər bildiriblər ki, "facebook"un bu hərəkəti məxfilik qanunlarına ziddir.
"On-line məlumatın qorunması və məxfi saxlanması vacib məsələdir. Mənim "facebook", "WatsApp", "Aplle" və "Google"dən istifadə etməkdən başqa seçimim yoxdur. Çünki bu şirkətlər inhisarçılardır. Təəssüf ki, mən yeganə çıxış yolu olaraq məhkəmədə hüquqlarımı tələb etmək məcburiyyətində qalmışam. Bunu təkcə özüm üçün deyil, hüquqları pozulan hər bir istifadəçi üçün edirəm” - deyə Maks Şrems bildirib.
İddiaçılar məhkəməni qazanacaqları təqdirdə "facebook" rəhbərliyi onların hər bisinə 500 avro məbləğində təzminat ödəməli olacaq. Bu isə, ümumilikdə, 12.5 milyon avroya yaxın məbləğ edir.
"Facebook" rəhbərliyi ittihamların əsassız olduğunu bildirib. Sosial şəbəkə rəsmilərinin sözlərinə görə, istifadəçilər, əslində, könüllü şəkildə özlərinə aid informasiyanı ifşa edirlər.
Avstriya məhkəməsi məsələyə hüquqi qiymət verdikdən sonra istintaq prosesinin başladılmasına ehtiyac olub-olmadığını müəyyən edəcək.//ANS
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !