25 yaşlı teleaparıcı evində ölü tapıldı

10:20 | 08.04.2014
25 yaşlı teleaparıcı evində ölü tapıldı

25 yaşlı teleaparıcı evində ölü tapıldı

25 yaşlı aparıcı Piçes Heldof Londondakı evində ölü olaraq tapıldı. ANS PRESS-in məlumatına görə, bu barədə aparıcının atası musiqiçi Bob Heldoff məlumat verib."Bizim kədərimizi sözlə ifadə etmək mümkün deyil. O aramızda ən fəal, güləyən, ağıllı və "dəli" olan idi", - deyə mərhumun atası bildirib. Piçes 1989-cu il təvəllüdlü olmasına baxmayaraq 15 yaşından "Elle" jurnalında karyerasına başlayıb. 16 yaşından valideynlərindən ayrı yaşayan aparıcının məqalələri "Guardian" və "Telegraph" qəzetlərində çap olunub. Bundan başqa, Piçes İTV2 kanalında veriliş aparırdı. Piçes jurnalistlikdən savayı fotomodel kimi də uğur qazanmışdı.Tomas Koen adlı musiqiçi ilə evli olan aparıcı 2 oğul anası idi. Mərhum jurnalist yeniyetmə yaşlarında narkotik vasitələrdən istifadə etdiyini etiraf etsə də, bunu aradan qaldırdığını deyib.Aparıcının ölüm səbəbi araşdırılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM