Sankt-Peterburqdakı "Port Naxodka” ticarət mərkəzinin yeraltı dayanacağında iki azərbaycanlı 25 yaşlı qızı qaçırıblar.
Gənc qızın maşının yük yerinə qoyulub qaçırıldığını görən şahidlər dərhal bu haqda polisə məlumat veriblər. Avtomobil hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldıqda isə həm qız özü, həm də onu qaçıran gənclər polis əməkdaşlarını baş verənlərin zarafat olduğuna inandırmağa çalışıblar.
İki azərbaycanlı öz həmyerlilərini ticarət mərkəzinin yaxınlığında qarşılayıb, onları yeraltı dayanacağa qədər ötürüblər. Oğlanlardan biri "Şkoda” markalı avtomobilin yük yerini açıb və 25 yaşlı Nərmini "baqaja” itələyib, digəri isə o biri qızı maşının salonunda əyləşdirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !