Bunu "Report"a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Gürcüstanın Marnueli şəhərində Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı bu gün tədbir keçiriləcəyini qeyd edən Ə.Amaşov Tiflisin Azərbaycan mətbuatının inkişafındakı önəmindən danışıb. Müxtəlif illərdə orada işıq üzü görən nəşrlərdən söz açan şura sədri Tiflis mühitinin Azərbaycan mətbuatına verdiyi tövhələrin bir daha yada düşəcəyini bildirib.
O, beynəlxalq idman jurnalistləri bayramı münasibətilə idman jurnalistlərini də təbrik edib: "Ümumi jurnalistikadan sonra Azərbaycanda ən inkişaf etmiş sahə idman jurnalistikasıdır. I Avropa Oyunları idman jurnalistlərini daha da püxtələşdirdi".
Ə.Amaşov Milli Mətbuat günü ilə əlaqədar Azərbaycan jurnalistikasında önəmli rolu olan jurnalistlərin mükafatlandırılacağını qeyd edib: "Əsasən daha çox xidmət göstərmiş insanlar, jurnalistlər mükafatlanacaq. Artıq 250-yə yaxın jurnalistin namizədliyini Prezident Administrasiyasına göndərmişik. İyulun 20-də Azərbaycan jurnalistikasının inkişafında rolu olan, tövhə verən insanlar mükafat alacaq".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !