“26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi — FOTOLAR

11:11 | 25.09.2017
“26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi — FOTOLAR

“26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi — FOTOLAR

Bakının Sabunçu rayonundakı "26 Bakı komissarı” küçəsinin adı dəyişdirilib.

"Ölkə.Az"ın xəbərinə görə, həmin küçə "2 aprel” adlandırılıb.

"Report” məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən (RİH) rəsmi açıqlama almaq istəyib. Lakin RİH-dən bildirilib ki, küçənin adının dəyişdirilməsi ilə bağlı sualı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) cavablandıra bilər. BŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə "Report”un əməkdaşı ilə söhbətində məsələdən xəbərsiz olduğunu, Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüb.

Qeyd edək ki, Azərbaycanın 26 ildir müstəqil olmasına baxmayaraq, həmin küçənin "26 Bakı komissarı”nın adına olması mətbuatda və sosial şəbəkələrdə etirazlara səbəb olmuşdu. Buna görə Bakı Şəhər İcra Hakimiyyəti tənqid olunurdu.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM