26 ildir Ukraynada itkin düşən həmyerlimiz tapıldı, Azərbaycana gəlir - FOTO

21:56 | 07.05.2019
26 ildir Ukraynada itkin düşən həmyerlimiz tapıldı, Azərbaycana gəlir - FOTO

26 ildir Ukraynada itkin düşən həmyerlimiz tapıldı, Azərbaycana gəlir - FOTO

İyirmi altı ildir Ukraynada itkin hesab edilən həmyerlimiz Şükürov İlham Ağamirzə oğlu Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Vətənə yola salınıb.


 
AZXEBER.COM xəbər verir ki, 26 ildir Dnepr şəhərində baxımsız vəziyyətdə yaşayan  və doğmalarınn itkin düşdüyü hesab etdikləri həmyerlimiz artıq öz doğma yurduna qayıdır.

 
Bu günlərdə səfirliyimiz və həmyerlimiz Ruslan Seyidovun səyi nəticəsində İ.Şükürov tapılıb. İlkin olaraq xəstəxanada müalicə etdirilib.


Daha sonra İ.Şükürovla keçirilən görüşdə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov qeyd edib ki, Prezident İlham Əliyevin apardığı siyasətə uyğun olaraq vətəndaşlarımızın problemlərinin həlli səfirliyin prioritet istiqamətlərindən biridir. Artıq səfirlik tərəfindən bir neçə vətəndaşımıza qayğı göstərilərək Vətənə yola salınıb. İ.Şükürovun da sənədləri düzəldilərək Azərbaycana, doğmalarının yanına göndərilib.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM