Bir neçə gün əvvəl fəaliyyəti dayandırılmış "26” kafesinin icarədarı həbs olunub.
APA xəbər verir ki, Səbail rayon Məhkəməsinin qərarı ilə kafenin icarədarı Ramin Məmmədov 20, kafenin digər işçisi Həmid Əfəndiyev isə 25 sutka inzibati qaydada həbs ediliblər.
H.Abutalıbov həmin gün jurnalistlərə açıqlamasında bildirib ki, Bakının mərkəzində "26” adlı kafenin açılması yolverilməzdir: "Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar İttifaqının binasının bir hissəsi icarəyə götürüb, "26” sözünü nəinki Azərbaycan, hətta ingilis dilində də yazmağa cürət ediblər. Qoy, burada yaşayan erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, erməni daşnaklarına Azərbaycanda yer yoxdur”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !