"Associated Press"də dərc olunan xəbərə görə, Manson və Burtonun evlənmə izni 10 gün əvvəl çıxıb.Burton qatil sevgilisinin yatdığı həbsxanaya yaxın olmaq üçün 9 il əvvəl Kaliforniya ştatına köçüb.Manson 1969-cu ildə 7 adamı və hələ dünyaya gəlməyən körpəni öldürməkdə günahkar bilinib və ölüm hökmünə layiq görülüb. Həbsindən sonra Kaliforniya ştatında ölüm hökmü ləğv edildiyinə görə, Mansonun cəzası ömürlük həbs cəzası ilə əvəz olunub.Qatilin öldürdüyü adamlar içərisində tanınmış kinorejissor Roman Polanskinin hamilə xanımı Şaron Tayt da var.Burton öz açıqlamasında dekabr ayında rəsmi nikaha girəcəklərini və evlənmə iznlərinin 90 günlük müddəti olduğunu bildirib.Bir-neçə dəfə şərti azadlıq iddiası ilə məhkəməyə üz tutan Mansonun istəyi mənfi cavablandırılıb və 2027-ci ilə qədər o, bu iddia ilə məhkəməyə müraciət edə bilməz.ANN.Az