27 il çap edilən “Polis” qəzeti fəaliyyətini dayandırdı

23:00 | 26.11.2020
Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən 1993-cü ildə təsis edilmiş "Polis” qəzeti fəaliyyətini dayandırıb.

Anews.az APA-ya istinadla xəbər verir ki, qəzet Daxili İşlər Nazirliyinin daxili təşkilati məsələsinə görə dərc edilməyəcək.

Qeyd edək ki, qəzet beş minə yaxın nüsxə ilə həftədə bir dəfə (cümə günü) Azərbaycan dilində nəşr olunurdu.

Bakı Şəhər Baş Polis İdarəsinin "Polis” qəzetinin redaksiyası polisin fəaliyyət prinsiplərini (insan və vətəndaş hüquqlarına, azadlıqlarına hörmət, qanunçuluq, humanistlik) və istiqamətlərini (ictimai qaydaların qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin, digər hüquqpozmaların qarşısının alınması və açılması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi) əsas götürərək, polislə vətəndaşlar arasında şəffaf əlaqələrin yaradılmasına xidmət edir.
Bu barədə ilk məlumatı APA yayıb.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Telegram kanalımıza abunə ol ! tg_kanal