Müstəqilliyimizdən sonra ölkədə real biznes mühiti formalaşdı. Qeyd edilməlidirki, biznesin ölkə səviyyəsində inkşaf etdirilməsi, bu sahədə təcrübəli yerli mütəxəssislərin hazırlanması ölkə iqtisadiyyatının güclənməsi və onun dünya bazarında əlverişli iqtisadi-strateji mövqe qazanmasının əsas təminatçısıdır. Ölkədə belə biznes sferasının yaranmasının təsiri ilə müxtəlif yeni biznes fəaliyyətini yerinə yetirən qurumlar meydana gəldiki, bunların da hər birinin arxasında əzmkar yol keçmiş icraçı direktorlar- CEOlar durur. Belə LİDERərin uğur hekayələrini birbaşa onların dilindən eşitmək, məsləhətlər almaq həmişə gənclər tərəfindən həvəslə qarşılanmışdır və faydaları aşikardır. Və bunun üçündə konfransın şüarı "Bugünün və sabahın CEOlarının konfransı” olaraq seçilmilşdir.
Günümüzdə uğur qazanmış bütün insanların ortaq nöqtəsi "0"-dan kiçik addımlar atmağa başlamalarıdır. Bu konfransda siz "0"-dan başlayıb həm öz həyatlarını, həm də digər insanların həyatını dəyişən CEO - ların dilindən "0"-dan başlamanın önəmini, qarşılaşacağınız çətinliklərin öhdəsindən necə gələcəyinizi, risk etmənin və hər cür nəticəyə hazırlıqlı olmanın önəmini dinləyib bir sözlə-bir girişi olduğunu düşündüyünüz küçələrin, əslində bir neçə çıxışı olduğunu anlayacaqsınız.
Toplam iki hissədən, ümumilikdə 6 spikerin iştirakından ibarət olacaq konfrans ilk dəfə fərqli formatda- spikerlərin çıxışı kimi deyil, onların müəyyən edilmiş aktual mövzular ətrafında söhbəti olaraq baş tutacaqdır.
Spikerlər:
Elşən Rəhimov- Barattson School of Business & Finance, Founder-CEO
Dos. İsa Qasımov-Technopark İnkubasiya Mərkəzi, CEO
Nigar Köçərli-Əli və Nino kitabevi, Founder-CEO
Tural Yusifov- Dj.Turalla AvtoStop, Founder-CEO
Zaur Darabzadə- Cinema Plus, Founder-CEO
Fərid İsmayılzadə- hesab.az goldenpay, Founder-CEO
Biletin qiyməti 15 AZNdir. Tələbələr üçün 10 manat olaraq təyin olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !