27 yaşlı tələbə oğlan xarici işlər naziri oldu - AVROPADA

00:55 | 17.12.2013
27 yaşlı tələbə oğlan xarici işlər naziri oldu - AVROPADA

27 yaşlı tələbə oğlan xarici işlər naziri oldu - AVROPADA

Sebastian Kurts Avstriyanın xarici işlər nazirliyinə rəhbər təyin olunub. Modern.az saytı Avstriya KİV-nə istinadən bildirir ki, o, ölkə tarixində ən gənc nazir olacaq. Onun 27 yaşı var və hələ də hüquq fakültəsində təhsil alır. Kurts Avstriyanın sağ mərkəzçi Xalq Partiyasının gənclər  bölməsinin rəhbəridir, bundan əvvəlki kabinetdə inteqrasiya üzrə dövlət katibi işləyib. O, Vyanada anadan olub, anası məktəbdə müəllimə, atası mühəndis işləyir. 

Modern.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM