"28 Cinema"da daha bir türk filmi: "Kocam kadar konuş"- ANN.TV

15:12 | 20.04.2015

"28 Cinema"da daha bir türk filmi: "Kocam kadar konuş"- ANN.TV

Bugünlərdə "28 Cinema"da daha bir türk filimin təqdimetmə mərasimi keçirilib.

Müasir türk kinolarının sevilən aktyorlarından olan Ezgi Mola və Murad Yıldırımın baş rollarını ifa etdiyi "Kocam kadar konuş" filmi Şəbnəm Burcuoğlunun eyni adlı romanı əsasında çəkilib. Bu kitab son illər Türkiyədə ən çox satılan kitablarından biridir. 

Film 30 yaşına çatmış, amma ərə gedə bilməmiş bir xanımın başına gələnlərdən bəhs edir. Əfsun (Ezgi Mola) sevgi, həqiq eşq axtarır, amma səmimi olması, digər qızlar kimi hiyləgər ola bilməməsi, oğlanları ələ ala bilmədiyi üçün bu yaşlarına çatsa da, əməlli-başlı bir münasibət saxlaya bilməyib. Film bu sadə və səmimi qızın başına gələnlərdən bəhs edir.

Film romantik, komediya janrında çəkilib. Rejissoru Kıvanc Baruönüdür. Filmdə türk kinosunun qocaman sənətçisi Nevra Serezli, eləcə də gınc aktyorları Ebru Cündübeyoğlu, Cem Kılıc rol alıblar.

Bakıda keçirilən təqdimetmə mərasimində Ezgi Mola və Murat Yıldırım da qatılıblar.

ANN.TV-nin çəkiliş qrupunun tədbirdən hazırladığı video-reportajı oxucuların diqqətinə təqdim edirik.

Hazırladılar: Aynur Məmmədova
Şahpəri Abbasova
 

 

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb