Uzun illər əvvəl Almaniyada baş vermiş qətlin üstü açılıb.
ANS PRESS-in məlumatına görə, 28 il əvvəl baş vermiş cinayətin səbəbkarı özü polisə təslim olub.
1987-ci il iyun ayının 21-də Almaniyanın Kalrsruhe şəhərində meşəlik ərazidə velosipedlə gəzintiyə çıxan italiyan mənşəil Antonella B. naməlum şəxsin hücumuna məruz qalıb. O, Antonellaya qarşı fiziki zorakılıq tətbiq etdikdən sonra boğaraq öldürüb.
Hadisə baş verən zaman yaxınlıqda Tina Törnerin konsert proqramı keçirilirmiş. Bu səbəbdən də qızın qışqırıq səslərini heç kim eşitməyib.
Cinayəti törədən şəxs isə ölkəni tərk edərək İsveçrəyə qaçıb. Polis qətli araşdırsa da üstündən illər keçdikdən sonra işi bağlayıb. Lakin 28 ildən sonra qatil Bazel şəhəri polisinə gedərək hadisənin təfərrüatlarını danışaraq təslim olub. Cinayətkar yaxalanaraq həbsə göndərilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !