Xəbər verdiyimiz kimi, şahmatçımız Şəhriyar Məmmədyarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un blits turnirinin 6-cı turunda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində 7 gedişə qələbə qazanıb.
"28 ildir, şahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub. Oyunları inanılmaz olub. 28 ildir, hər zaman onunla oyunu gözləyirdim və cəmi 7 gedişə qalib gəldim. Bu isə hər 4 ilə 2 gediş deməkdir. (Siz hələ də dostunuzla şahmat oynayanda "bir az tez oyna" deyirsiz?). O bir dahi şahmatçıdır. Biz isə tarixin bir parçası", - deyə Məmmədyarov qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !