Ukrayna Prezidenti Petro Poroshenko deyir ki, Avropa Birliyinə üzv bütün dövlətlərin parlamentləri Ukraynayla Assosiasiya Sazişinin ratifikasiyasını başa çatdırıb.
Poroshenko-nun sözlərinə görə, noyabrın 20-də 28 üzv dövlət Ukrayna razılaşmasını təsdiq edib.
Prezident vurğulayıb ki, Avropa Birliyi rəsmiləri onlara 2016-cı il yanvarın 1-dən Ukrayna ilə azad ticarət zonasının yaradılacağını, bununla bağlı artıq hazır olduqlarını bildirib.
Avropa Birliyi artıq Ukraynanın ən böyük ticarət tərəfdaşıdır.
Rəsmi Kiyev Avropa Birliyi ilə Assosiasiya Sazişini 2014-cü ilin martında, iqtisadi razılaşmanı isə 3 ay əvvəl bağlayıb.
Rusiyanın şikayətindən sonra Ukrayna-AB azad ticarət zonasının yaradılması bu il dekabrın 31-dək təxirə salınmışdı. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !