"28 May" stansiyasının əsas çıxışı artıq hazırdır. Burada təmir işləri başa çatıb.ANN.Az Day.Az saytına istinadən bildirir ki, stansiyada artıq 10 ədəd turniket, 5 ədəd balans artırmaq üçün aparat quraşdırılıb. Kassa yenilənib, döşəməyə mərmər plitələr vurulub. Müasir işıqlandırma sistemləri quraşdırılıb. Saytın metropolitenə istinadən məlumatına görə, açılışın may ayının 10-da edilməsi planlaşdırılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !