«28 May» stansiyası nə vaxt istifadəyə veriləcək?

16:47 | 31.03.2014
«28 May» stansiyası nə vaxt istifadəyə veriləcək?

«28 May» stansiyası nə vaxt istifadəyə veriləcək?

Bakı Metropoliteninin «28 May» stansiyasının hazırda təmirə bağlanan girişinin nə vaxt açılacağı məlum deyil. Stansiyanın girişi sərnişinləri qəbul etməyə hazır olarkən bu haqda öncədən məlumat veriləcək. Bunu «APA-Economics»ə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva bildirib. O, qeyd edib ki, adı çəkilən stansiyanın girişinin ictimaiyyətə nə zaman açılması ilə bağlı ümumiyyətlə heç bir məlumata malik deyil. Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə də «APA-Economics»ə məsələ ilə bağlı hələlik dəqiq vaxt deyə bilməyəcəyini bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür