“28 May”ın problemi

09:28 | 08.12.2014
“28 May”ın problemi

“28 May”ın problemi

Uzun zamandır "28 May" metrosunda bir çox işlər görülüb, sərnişinlərin rahatlığı üçün yeni avadanlıqlar quraşdırılıb. Ancaq yenə də yetmir, yenə də şikayət gəlir.

ANN.Az Milli.Az-a istinadən xəbər verir ki, sözügedən stansiyada pik vaxtı insanların sayı o qədər çox olur ki, eskalatorun qarşısında sıxlığa düşməmək üçün qatarın qapıları açılar-açılmaz hamı çıxışa qaçır. Və təbii ki, bu özü elə sıxlığa təkan verir. Oxuculardan biri həftənin bazar günü olmağına baxmayaraq "28 May" stansiyasında pik vaxtında bir neçə dəqiqəlik videokadr çəkərək saytımıza yollayıb və bildirib ki, 4 eskalatordan cəmi biri işlədiyinə görə orada basabas yaranır.

Məsələyə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri aydınlıq gətirib. Nəsimi Paşayev açıqlamasında bildirib ki, bu problem əslində "28 May" tam istismara verildikdən sonra aradan qalxacaq: "Sözügedən stansiyanın əsas giriş-çıxışı tam isitismara verildikdən sonra açılmalı idi. Ancaq sərnişinlər çox olduğundan onlara əziyyət verməmək üçün çıxış xəttinin birini açdıq.

Ancaq pik vaxtlarında həmin eskalatorlardan ikisi açılır. Digər vaxtlarda isə cəmi biri işləyir, ona görə ki, metropolitenin də öz normaları var və bu normalara görə də həmin 4 xətdən cəmi biri işləyir".

N.Paşayev sonda qeyd etdi ki, "28 May" metrostansiyası 3 ildən sonra tam istismara veriləcək. Və yalnız ondan sonra sözügedən xətlərin 4-ü də pik vaxtlarında işlək olacaq.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM