Azərbaycanın premium kinoteatrı "28 Cinema”nın adı dəyişdirilib. Bundan sonra kinoteatr "CinemaPlus” adlandırılacaq.
Rebrendinq layihəsi yalniz kinoteatrın adının dəyişdirilməsi ilə kifayətlənmir. Belə ki, layihə çərçivəsində kinoteatrın loqosu,əməkdaşların forması tam dəyişdirilib, həmçinin daxili interyerlərin dizaynları təkmilləşdirilib və çap məhsullarında da dəyişikliklər edilib.
Divarların orijinal işıqlandırılması gonağların diqqətini cəlb edərək onların zövqünü oxşayır. Xüsusi seçilmiş rənglər tamaşaçıların əhval-ruhiyyəsini yüksəltməklə yanaşı xoş atmosfer yaradır. Vahid yeni üsluba keçid inkişafda mühüm mərhələdir.
"Mən” korporativ brendinq” şirkəti kinoteatrın korporativ dəyişikliyində fəal iştirak edib.
Tamamilə yenilənmış sevimli kinoteatırınız olan "CinemaPlus” hər zaman olduğu kimi öz tamaşaçılarını premyeralar və yeni layihələr ilə sevindirməyə hazırdı!
Bundan əlavə qeyd olunur ki, kinoteatr yeri reklam daşıyıcılarının tətbiqinə başlayıb. Bunun nəticəsində bütün yerli şirkətlər daha effektiv reklam vasitələrindən istifadə edə biləcəklər
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !