• $
  • €
  • ₽
  • ₺
  • £

29 nəfəri gün vurub - Xəbərdarlıq+Video

29 nəfəri gün vurub - Xəbərdarlıq+Video
18.08.2014 09:46
Ölkədə kəskin istilər hökm sürür. Artıq bu hava şəraitinin fəsadları da özünü göstərib.Bu günlər çimərlik həvəskarları üçün əlverili olsa da, həkimlər ehtiyyatlı olmağı məsləhət görür. Hidrometereoloqlar isə istilərin hələ bir müddət davam edəcəyini proqznozlaşdırır.ANS TVnin verdiyi xəbərə görə, son iki gündə ölkə ərazisində hökm sürən isti hava şəraiti insanları daha ehtiyyatlı davranmağa məcbur edib. Günorta saatlarında paytaxt küçələrində seyrəklik müşahidə edilir. Çünki əksər sakinlər günvurmadan qorunmaq üçün məhz axşam saatlarında gəzintiyə çıxmağa üstünlük verir.İstirahət günü olmasına baxmayaraq paytaxtın daha çox insan sıxlığı müşahidə edilən ərazilərində sükut hökm sürür.Lakin məcburiyyət qarşısında qalıb, günün qızmar saatlarında açıq havaya çıxan sakinlər də var.Paytaxt sakini Nəsib Zeynalov: "İnanırsız mən özümdə xəstəyəm, isti vuran kimi burnumdan qan açılır. Həkim də istidə gəzməyə icazə vermir. Amma olmur, işə çıxmaq məcburiyyətindəyəm”.Paytaxt sakini Fatma Kərimova: "İsti mənə pis təsir edir, amma nə edim işə gedirəm. Buna fikir vermirəm. Ancaq su içirəm vəssalam”.Bakı Şəhər Təcili Tibbi Yardım Stansyasından verilən məlumata görə, ötən gün qeydə alınan yüksək temperatur 3 nəfərin stansiyaya müraciət etməsinə səbəb olub. Gün vurma diaqnozu qoyulan 3 nəfərdən 2-nə tibbi yardım göstərilib, digər bir nəfər isə vəziyyəti nisbətən ağır olduğundan müalicəsini xəstəxanada davam etdirməli olub.Ümumilikdə isə yay fəsli daxil olandan bu günə qədər 29 nəfər təcili tibbi yardım stansiyasına gün vurma diaqnozu ilə müraciət edib. Məhz buna görə də həkimlər bu cür isti havada zərurət yaranmadığı təqdirdə saat 11:00-dan 17:00-dək açıq havada olmamağı məsləhət görür. Gün ərzində daha çox maye qəbul etməklə gün vurmasından qorunmaq mümkündür.Hidrometereoloqlar isə sakinlərə kəskin istilərlə bağlı xəbərdarlıq edir. 18-19-20 avqust tarixlərində havanın temperaturunda yüksəlmə qeydə alınacaq. 18-19 avqust tarixlərində havanın hərarəti 39 dərəcəyə qədər qalxacaq. Ən yüksək temperatur isə 20 avqust tarixində qeydə alınacaq.Baş hidrometereoloq Asif Verdiyevin sözlərinə görə, ayın 20-də Bakı və yarımadada temperaturun 40 dərəcəyə qədər yüksəlməsi gözlənilir: “Bəzi yerlərdə, eyni zamanda mərkəzi aran rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında havanın temperaturu 43 dərəcəyə qədər artacaq”.Sabahdan etibarən 3 gün davam edəcək kəskin istilər isə avqust ayının 21-dən etibarən nisbətən sərin hava ilə əvəzlənəcək. Əsən şimal küləyi hərarətin azalmasına səbəb olacaq. 

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol