3 ay əvvəl itkin düşmüş 17 yaşlı oğlan dəhşətli qəzada ölüb - VİDEO

16:15 | 10.09.2019
3 ay əvvəl itkin düşmüş 17 yaşlı oğlan dəhşətli qəzada ölüb - VİDEO

3 ay əvvəl itkin düşmüş 17 yaşlı oğlan dəhşətli qəzada ölüb - VİDEO

Başqırdıstanın Ufimsk bölgəsində 3 ay əvvəl itkin düşmüş 17 yaşlı oğlan yol qəzasına düşərək həyatını itirib. Anews.az "Vesti.ru”ya istinadən xəbər verir ki, hadisə sentyabrın 9-u Tuymazinsk rayonunun M-5 trasında baş verib. Qəza anının kadrları təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Görüntülərdə, döngədən yüksək sürətlə "Lada” markalı avtomobilin çıxdığı və yol kənarına "uçduğu” görülür. Bundan sonra hərəkət zolağına qayıtmaq istəyən sürücü bu dəfə də yük maşını ilə toqquşur.

Qəzadan sonra "Lada”nın sürücüsü xəstəxanaya çatdırılsa da, lakin, onun həyatını xilas etmək mümkün olmayıb.

Daha sonra məlum olub ki, insidentin 17 yaşlı günahkarı, saxta avtomobil nömrəsindən istifadə, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə etməkdən bir dəfə saxlanılıb. Həmçinin o, cari ilin iyun ayından itkin düşmüş hesab olunub.

Hazırda hüquq-mühafizə orqanları araşdırmalara aparır.(avtosfer)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb