3 ayda bağlanan iş yerlərinin sayı azalıb, yeni açılan iş yerlərinin sayı artıb

12:04 | 20.05.2024
3 ayda bağlanan iş yerlərinin sayı azalıb, yeni açılan iş yerlərinin sayı artıb

3 ayda bağlanan iş yerlərinin sayı azalıb, yeni açılan iş yerlərinin sayı artıb

2024-cü il yanvar-martında Azərbaycanda 2 min 500 iş yeri bağlanıb,  22 min 500 yeni iş yeri açılıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. 
 
2023-cü ilin birinci rübü ilə müqayisədə bağlanan iş yerlərinin sayı 40,5% azalıb, yeni açılan iş yerlərinin sayı isə 25,6% artıb. 
 
Yaradılan iş yerlərinin 94,1%-i qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 80%-i Bakıda, 1,7%-i Naxçıvanda, 18,3%-i digər rayonlarda açılıb. 
 
Hesabat dövründə həmçinin bağlanan iş yerlərinin 53,5%-i qeyri-dövlət sektorunun payına düşüb. 
 
İş yerlərinin 50,9% müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 49,1%-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarla əlaqədar bağlanıb. 
 
Aygün

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM