Dövlət büdcəsinə vergi daxilolmalar 12,6% azalıb

13:32 | 06.04.2024
Dövlət büdcəsinə vergi daxilolmalar 12,6% azalıb

Dövlət büdcəsinə vergi daxilolmalar 12,6% azalıb

2024-cü ilin yanvar-martında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 4 milyard 281 milyon 505,1 min manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti məlumat yayıb. 

2024-cü ilin aprelin 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,8 % çox - 768,1 min olub.

Cari ilin yanvar-martında aktiv ƏDV ödəyicilərinin sayı isə 3,9 % artaraq 47,5 min təşkil edib.

3 ayda aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 0,2 % artaraq 205 minə çatıb.
 
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib ki, son 5 ildə aktiv vergi ödəyicilərinin sayında 1,7 dəfə artım müşahidə olunub.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb