Qeyri-neft qaz sektorunda vergi daxilolmalar artıb

13:21 | 06.04.2024
Qeyri-neft qaz sektorunda vergi daxilolmalar artıb

Qeyri-neft qaz sektorunda vergi daxilolmalar artıb

2024-cü ilin yanvar-martında qeyri-neft qaz sektorunda vergi daxilolmalar 2 milyard 914,2 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti məlumat yayıb. 

Hesabat dövründə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 4 milyard 281 milyon 505,1 min manat vergi daxil olub. 

Ödənilən vergilərin 68 faizi qeyri-neft-qaz sektorunun, 32 faizi isə neft-qaz sektorunun payına düşüb.
 
2023-cü ildə Azərbaycanın regionlarında vergi yığımı 2022-ci illə müqayisədə 11 % çox olub. Ötən il regionlardan 1,5 milyard manat vergi yığılıb.
 
Ötən ilin birinci rübündə  Azərbaycanın regionlarından 353,1 milyon manat məbləğində vergi yığılıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21 % çoxdur.

2023-cü iiln yanvar-martında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 74,8 % artaraq 4 milyard 899,5 milyon manat təşkil edib.
 
Aygün Mirakif



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb