Baş məşqçi Canni De Byazi oyunçulardan ikisini iştirak ərizəsinə daxil etməyib.
Bunlar "Sabah" klubundan Amin Seydiyev və "Zirə"dən Qismət Alıyevdir. Alıyev V turda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri görüşdə də "23-lük"dən kənarda qalmışdı. Bundan əlavə, cəzalı durumda olan Riçard Almeyda da iştirak ərizəsində yer almayıb.
Bu gün "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !