"Avqustun 27-dək ölkə ərazisində arabir güclənən şimal küləyi əsəcək”.
anews.az xəbər verir ki, bunu report.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, növbəti iki gün ərzində ölkədə hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq: "Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu isə günorta saatlarında 30-35 dərəcə arasında dəyişəcək”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !