3 ildir Ermənistanla sülh imzalanması mümkün deyil - Spiker

21:27 | 22.02.2024
3 ildir Ermənistanla sülh imzalanması mümkün deyil - Spiker

3 ildir Ermənistanla sülh imzalanması mümkün deyil - Spiker

(Yazıya video əlavə olunub)
 
Azərbaycanın 3 ildir səy göstərməsinə baxmayaraq Ermənistanla sülh imzalanması mümkün deyil. Bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova deyib.

"Azərbaycan sülh üçün böyük səylər göstərir, amma Ermənistanla sülh imzalaması mümkün deyil. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanıa görüşüb. Görüşdə xarici işlər nazirlərinin görüşlərinin keçirilməsi ilə bağlı razılıq əldə edilib. Bu addımları sülh istiqamətində müsbət qiymətləndirmək olar. Ümid edirik ki, Ermənistan öz təxribatlarından əl çəkəcək. Regionda normal münasibətlər sülh imzalanmasından keçir",- sədr fevralın 22-də Asiya Parlament Asambleyasının 14-cü plenar sessiyasında deyib.

Sahibə Qafarova həmçinin vurğulayıb ki, Azərbaycan bir çox beynəxalq təşkilatda bütün vacib proseslərdə iştirak edir. Siyasi, iqtisadi,sosial, mədəniyyət və başqa sahələrdə inşikaf üçün bütün səyləri göstərir.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb