Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri davam edir.Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, avqustun 18-də Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri general-polkovnik Zakir Həsənov, İrakli Alasaniya və İsmət Yılmaz Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Heydər Əliyev muzeyini ziyarət ediblər.Qonaqlar Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri qoyublar.Sonra qonaqlar "Əshabi-Kəhf" ziyarətgahında olublar.Müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək. ANN.Az