Suriyada çaxnaşmaların artması Türkiyəyə kütləvi köçün başlamasından xəbər verir.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Suriyanın ikinci böyük şəhəri Hələbdə Əsəd rejimi əsgərləri şəhər ilə Türkiyə arasındakı 4 kilometrlik dəhlizi bağlayıb. Əsgərlər aylardır şəhəri mühasirə altına almağa çalışırdı. Xarici işlər naziri Mövlud Çavuşoğlu büdcə müzakirələri zamanı etdiyi çıxışışda bildirib ki, Suriya rejiminin son günlərdəki əsas hədəfi Hələbə yönələrək buradakı müxaliflərin beynəlxalq yardımları qəbul etməsinə maneə törətmək və müxaliflərin Türkiyə ilə əlaqəsini kəsməkdir. Çavuşoğlu Hələbdən 3 milyonluq insani köç ola biləcəyini də ifadə edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !