3 təhsil müəssisəsində birinci sinifə qəbul müsabiqə əsasında aparılır

16:08 | 24.04.2024
3 təhsil müəssisəsində birinci sinifə qəbul müsabiqə əsasında aparılır

3 təhsil müəssisəsində birinci sinifə qəbul müsabiqə əsasında aparılır

3 təhsil müəssisəsində - Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində birinci sinifə qəbul müsabiqə əsasında aparılır. Bunu Ümumi Təhsilin Təşkili üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib. 
 
"Birinci sinfə qəbul dövründə bizim müsabiqə ilə qəbul aparan bir neçə lisey və gimnaziyalarımız var. Bunlardan həm Azərbaycan bölməsi üzrə, həm də rus bölməsi üzrə yalnız müsabiqə üzrə qəbul aparan Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası, Bülbül adına Orta İxtisas Musiqi Məktəbidir. Qeyd olunan müəssisələrdə qabiliyyət tələb edən ixtisaslar mövcuddur. Məsələn, Respublika İncəsənət Gimnaziyasında təsviri tətbiqi sənət, xoreqrafiya, musiqi ixtisasları üzrə valideynlər müsabiqələrə yazılır. Eyni zamanda digər iki müəssisədə xüsusi tədris proqramı və qabiliyyət tələb edən ixtisaslar olduğuna görə, biz həmin müəssisələrdə müsabiqə əsaslı qəbul aparırıq. Müsahibəni isə biz tədrisi digər dillərdə aparılan bölmələr üzrə təşkil edirik", - o canlı yayım zamanı qeyd edib.
 
O qeyd edib ki, yerdə qalan 9 ümumi təhsil müəssisəsində (lisey tipli gimnaziyalar) tədrisi yalnız digər dillərdə aparılan bölmələr üzrə proritetlə yəni üstünlük hüququ əsasında aparılır, lakin üstünlük hüququ olmayan valideynlər üçün isə eyni zamanda müsabiqəyə yazılma prosesi həyata keçirilir. 
 
"Müsabiqədən uğur qazanan uşaqlar da digər proritetlə qəbul olan uşaqlar kimi məktəb və müəllim seçimini edə bilirlər", - Bilişzadə bildirib. 
 
2024-2025-ci il tədris prosesinə mayın 1-dən start veriləcək. Bu elektron qaydada - məktəbəqəbul.edu.az saytı vasitəsilə həyata keçiriləcək. Valideynlər həmin saytda uşaqları üçün şəxsi kabinet yaradacaqlar və onları həmin kabinetə əlavə edərək mayın 3-dən Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi edə biləcəklər, eyni zamanda tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə müsahibəyə yazılma prosesi də mayın 3-dən etibarən başlayacaq və mayın 17-i proses dayandırılacaq.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb