Rusiyanın Yamalo-Nenetsk muxtar əyalətində hava şəraiti ilə əlaqədar 30 min maral aclıqdan tələf olub. "Cəmi 30 min maral tələf olub. Hazırda bölgədə nisbətən müsbət hava şəraiti var, marallar yem tapa bilirlər, ölümlər dayanıb", - ANNET.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə qubernatorun mətbuat xidməti məlumat yayıb. Bölgədə həddən artıq qar yağmasına görə, bu hadisə yaşanıb. Marallar qalın buz təbəqəsinə görə, otlaya bilmirdilər. Son dövlər bu tip hadisələrin baş verməsinə görə, mütəxəssislər qlobal istiləşməni səbəb göstərirlər.
ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !