31 dekabrdan milyonlarla telefonda "Whatsapp" işləməyəcək

09:20 | 11.12.2019
31 dekabrdan milyonlarla telefonda

31 dekabrdan milyonlarla telefonda "Whatsapp" işləməyəcək

31 dekabrdan dünyanın  "Whatsapp" milyonlarla telefonda çalışmayacaq, bu barədə WhatsApp  məlumat yayıb. Bildirilir ki, "Windows Mobile"a aid olan smartfonlarda "WhatsApp" çalışmayacaq.

Bundan əlavə, "iOS 7" və digər aşağı versiya əməliyyat sistemlərində çalışan "iPhone" modellərində də bu tətbiqi istifadə etmək mümkün olmayacaq.
 
"Android"də isə 2.3.7 versiyası və digər aşağı versiya əməliyyat sistemləri "WhatsApp"ı dəstəkləməyəcək.

Bu "Android" sistemlər üçün "WhatsApp" dəstəyinin dayandırılması 1 fevral 2020-ci ildə baş verəcək.

Bundan sonra WhatsApp ancaq müasir proqram təminatı olan cihazlarda işləyəcək. "WhatsApp" rəsmiləri köhnə əməliyyat sistemlərində vaxt itirmək əvəzinə daha müasir versiyalar üzərində işləmək istəyirlər.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM