31 saylı məktəbdə Heydər Əliyevin adı ilə bağlı nərd yarışı keçirilib - FOTO

13:23 | 19.05.2023
31 saylı məktəbdə Heydər Əliyevin adı ilə bağlı nərd yarışı keçirilib - FOTO

31 saylı məktəbdə Heydər Əliyevin adı ilə bağlı nərd yarışı keçirilib - FOTO

Sumqayıt 31 saylı məktəbdə Heydər Əliyevin 100 illiyi ilə bağlı nərd yarışı keçirilib. Bu barədə məktəbin facebook hesabında paylaşım edilib.
 
Maraqlıdır ki, yarışda məktəblilər deyil, iki yaşlı şəxsin nərd oynamması göstərilir. Foto sosial şəbələlərdə qınaq obyekti olduqdan sonra məktəbin rəsmi səhifəsində həmin fotolar silinib. 
 

 
Elm və Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov sözügedən fotonu tənqid edərək bildirib ki, bu fotonu paylaşanların təhsildən ümumiyyətlə anlayışı yoxdur. O qeyd edib ki,  əlamətdar günlər ilə bağlı yarış, tədbirlər məktəbdə tədris olunan istiqamətlərə aid olmaqla bu yarış və müsabiqələrin iştirakçısı da şagirdlər olmalıdır.
 
Təhsil eksperti Elmin Nuri hesab edir ki, məktəbdə nərd yarışların keçirilməsi qəbuledilməzdir.
 
"Məktəblərdə dərnəklər üçün nəzərdə tutulan proqramlarda nərd yarışı yoxdur. Digər yarışların olması təbii haldır. Çünki bu yarışlar uşaqların zəkasının inkişafında əhəmiyyətli rol oynayır. Yayılan fotonu birmənalı qəbul etmirəm. Azərbaycanda bu oyun "Çayxana" imicini xatırladır. Məktəbdə və digər uşaqların olduğu yerlərdə bu oyunun keçirilməsinə düzgün baxmıram", - ekspert vurğulayıb. 
 
Ekspert hesab edir ki, məktəb şagirdləri və müəllimləri arasında başqa intelektual oyunların keçirilməsi daha məqsədəuyğundur. 
 
Gülnar  Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb