ÜST hesab edir ki, koronavirus ilk növbədə yoluxmuş insanın tənəffüs yollarından, həmçinin öskürək və ünsiyyət yolu ilə havaya atılan böyük damcılar vasitəsilə yayılır. Bu şəkildə virus səthə nüfuz edir.
Anews.az Milli.Az-a istinadən xəbər verir ki, 239 alimin fikrincə, dəlillər virusun qapalı havada olan ən kiçik hissəciklər vasitəsi ilə yayıla biləcəyini göstərir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dünənə olan məlumatına görə, dünyada koronavirus infeksiyasına yoluxmaların sayı 11 milyonu keçib, 528 mindən çox insan xəstəliyin qurbanı olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !