32 sığorta agentinə hesabatı təqdim etmədiyi üçün məhdudiyyət qoyulub

16:01 | 14.03.2024
32 sığorta agentinə hesabatı təqdim etmədiyi üçün məhdudiyyət qoyulub

32 sığorta agentinə hesabatı təqdim etmədiyi üçün məhdudiyyət qoyulub

32 fiziki şəxs olan sığorta agentinə Mərkəzi Bank tərəfindən lisenziya ilə bağlı 3 ay müddətində məhdudiyyət qoyulub. Bu barədə qurumdan bildirilib. 
 
Liseynziyaların dayandırılması hesabatların təqdim edilməməsi ilə əlaqələndirilir.  
 
Bundan əvvəl "Azərsığorta"-nın lisenziyası ləğv olunub. 
 
Hazırda Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət göstərir. 
 
Mərkəzi Bank oktyabrda 4 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.
 
2023-cü ildə Azərbaycanda sığorta üzrə yığımlar 1 milyon 929 min manat təşkil edib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 720 min manat çoxdur.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM